az.wikipedia.org

Şeyx Tusi — Vikipediya

  • ️Thu Oct 01 0995

Vikipediya, azad ensiklopediya

Şeyx Tusi
Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi
Doğum tarixi oktyabr 995
Doğum yeri Tus, İran
Vəfat tarixi 7 dekabr 1067 (72 yaşında)
Vəfat yeri Məscidi Tusi, Nəcəf, İraq
Milliyyəti Fars
Elm sahəsi İslam
Elmi rəhbəri Nəcəf elmi mərkəzi
Tanınmış yetirmələri İshaq b. Bəbaveyh-i Qumi
Əbu Səlah-i Xələbi
öz oğlu Əbu Əli Tusi və b.
Tanınır Şeyx Tusi

Şeyx Tusi (fars. شیخ توسی‎; tam adı: Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi, fars. ابوجعفر محمد بن حسن توسی‎; 995[1][2][…] və ya 995[3], Tus2 dekabr 1067 və ya 1067[3], Nəcəf) — fars əsilli islam alimi. HQ. V əsrin Şiə-Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi.

Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi oktyabr 995-ci ildə Tus şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. 1017/1018-ci ilə qədər bu şəhərdə yaşamışdır. 7 dekabr 1067-ci ildə Nəcəf şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən bu şəhərdəki evində dəfn olunmuşdur. Dəfn olunduğu ev sonradan Tusi məscidi'nə çevrilmişdir.

Tus şəhərində yaşadığı 995–1017/1018-ci illərdə müqəddimə elmlərindən dərs demişdir.[4] Təhsilini davam etdirmək məqsədilə 1017/1018-ci illərdə Bağdada köçmüşdür.[5] 1017/1018–1022/1023-cü illərdə Şeyx Müfiddən dərs alır və müctəhidlik dərəcəsinə çatır. Sonra müəllimi Şeyx Müfidin məsləhəti ilə "Təhzibul Əhkam" əsərini yazır.[6] Bu əsər sonradan Şiə məzhəbinin ən məşhur dörd əsərindən birinə çevrilir.

  1. Şeyx Müfid
  2. Seyyid Mürtəza

Bir çox tələbələr yetişdirmişdir. Onlardan bəziləri:

  1. İshaq ibn Bəbaveyhi Qumi
  2. Əbu Salehi Xələbi
  3. oğlu, Əbu Əli Tusi
  4. Şəhraşubi Mazandarani
  5. Əbdülcabbar ibn Abdullah əl-Qəməri Razi
  6. Məhəmməd ibn Həsən Fətal
  7. Kəraçi
  8. Hüseyn ibn Fəthi Cürcani
  9. Cəfər ibn Əli Hüseyni
  10. Nasir ibn Rza Ələvi və b.[7]

1055-ci ildə Səlcuq sultanı Toğrul bəy Bağdada hücum etmişdir. Hücum zamanı bir çox şiə məhəllələri yağmalanmışdır. Şahbur ibn Ərdəşir'in kitabxanası yandırılmışdır. Talan 1059/1060-cı ilərə kimi davam etmişdir. Bu hadisələr zamanı bir neçə dəfə Şeyx Tusinin yazdığı kitablar və kitabxanası şəhər meyanına daşınaraq yandırılmışdır. 1057/1058-ci ildə Tusinin evi də yağmalanmış və bütün əsərləri yandırılmışdır. Bütün bu hadisələrdən sonra Şeyx Tusi Bağdad şəhərindən köçmək qərarına gəlmişdir. 1056/1057-ci ildə Nəcəf şəhərinə köçmüşdür. Nəcəfdə ömrünün qalanını İslamı tədris etməklə keçirmiş və burada hələ də mövcud olan böyük şiə tədris müəssisəsinin əsasını qoymuşdur. [8]

Şeyx Tusi 51-ə yaxın əsər yazmışdır.[9]

  1. "ət-Tibyan'u fit-Təfsiri'l Quran"
  2. "əl-Məsailu'd-Dimeşqiyyə fit-Təfsiri'l Quran"
  1. "Təhzib əl Əhkam"
  2. "İstibsar"
  1. "ən-Nihayə"
  2. "əl-Məbsut"
  3. "əl-İcaz fil Fəraiz"
  4. "əl-Məsailu'l Xələbiyə fil Fiqh"
  5. "əl-Məsailu'l Xairiyyə fil Fiqh"
  1. "Hücciyətu'l Əxbar"
  1. "Təlxisu'l Şafi"
  2. "Təmhidu'l Üsul"
  3. "əl-İqtisad"
  4. "əl-Firaq beynən-Nəbi vəl İmam"
  1. "Kitabu'l Ənvar" ("Rical-i Şeyx Tusi")
  2. "İxtiyaru Marifəti'l Rical"
  3. "əl-Fihrist"
  1. "Maqtəlu'l-Hüseyn"
  2. "Müxtəsaru Əxbar-i Muxtar ibn Əbu Ubeyd əl-Saqafi"
  1. "Misbahu'l Mütəhəccid"
  2. "Müxtasaru'l Misbah"
  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Muḥammad ibn al-Ḥasan Ṭūsī // Faceted Application of Subject Terminology.
  3. 1 2 الزركلي خ. ا. الأعلام (ərəb.): قاموس تراجم لأشهر الرجال والنساء من العرب والمستعربين والمستشرقين. 15 بيروت: دار العلم للملايين, 2002. C. 6. S. 84.
  4. Əli Dəvaniqi, "Həzareyi Şeyx Tusi, səh. 4
  5. Seyyid Möhsün Əmin Amuli, "Əyan əş-Şiə, c. 9, səh. 159
  6. "əz-Zaria", c. 4, səh. 504
  7. Ağa Buzurgi Tehrani, "ət-Tibyan", c. 1, Ön söz
  8. "əz-Zəria", c. 5, səh. 220
  9. "əz-Zaria", c. 5, səh. 220