Əhəmənilər dövləti — Vikipediya
Vikipediya, azad ensiklopediya
(Əhəməni imperiyası səhifəsindən yönləndirilmişdir)
İmperiya | ||||
Əhəmənilər dövləti | ||||
---|---|---|---|---|
Hakhâmaneshiyân | ||||
|
||||
![]() Əhəmənilər İmperiyasının sahib olduğu ən geniş sərhədlər |
||||
|
||||
Paytaxt | Babil, Pasarqad, Ekbatan, Susa, Persepolis (rəsmi) | |||
Dil | Elam dili, Misir dili, qədim yunan dili, Midiya dili, şumer dili, Akkad dili[1], erməni dili[1] | |||
Rəsmi dilləri |
Arami (rəsmi, linqva franka), qədim fars (rəsmi), akkad dili, elam dili, yunan, Midiya dili və s. |
|||
Din |
Zərdüştilik (rəsmi) Mesopotamiya dini, iudaizm, vedizm, Misir dini, yunan dini və s. |
|||
Ərazisi | 8.000.000 km² | |||
Əhalisi | 50 000 000 nəfər | |||
İdarəetmə forması | Monarxiya | |||
Sülalə | Əhəmənilər | |||
Davamiyyət | ||||
→ | ||||
![]() |
Əhəmənilər imperiyası[2] — e.ə. VI əsrin ortalarından e.ə. 330-cu ilədək Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən qədim İran dövləti.
E.ə. 550-ci ildə sonuncu Midiya hökmdarı Astiaq üzərində qələbə çalmış İran şahı tərəfindən yaradılmışdır.
Əhəmənilər (Haxamanişilər) qədim İran hökmdarları sülaləsi idi. Nümayəndələri: II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses, III Dara.
Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövründə Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə süqut etdi.
E.ə 558-ci ildə İran tayfaları ittifaqına başçılıq etmişdir. Bu ittifaqın başçılığı altında e.ə 553-cü ildə dövlətinə qarşı üsyan baş verdi. Üsyanın mərkəzi Parsua (Fars) vilayəti idi. Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi. Nəticədə e.ə. 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi. Bəzi Midiya əyanları II Kirin ətrafına yığıldı. Beləliklə,Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı.
Misirin fəthindən sonra Əhəmənilərlə yenidən müharibəni davam etdirən İsgəndər e.ə 331-ci ildə həlledici döyüş olan Qavqamela döyüşündə III Daranın qoşunlarına qalib gəldi.III Dara ölkənin şərqinə qaçdı.E.ə 330-cu ildə III Dara özünün Baktriya satrapı Bess tərəfindən öldürüldü.Beləliklə, İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəməni imperiyası süqut etdi.