az.wikipedia.org

Anaksimandr — Vikipediya

  • ️Tue Aug 16 2016

Vikipediya, azad ensiklopediya

Anaksimandr
Ἀναξίμανδρος
Doğum tarixi təq. e.ə. 610[1][2]
Doğum yeri
Vəfat tarixi təq. e.ə. 546[3][4]
Vəfat yeri
İstiqaməti Sokrataqədərki fəlsəfə, Milet məktəbi
Əsas maraqları fəlsəfə
Təsirlənib Miletli Fales[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anaksimandr (yun. Ἀναξίμανδρος, təq. e.ə. 610[1][2], Milet[3][2]təq. e.ə. 546[3][4], Milet, Qədim Yunanıstan) — Milet məktəbinin ikinci tanınmış filosofu. O, dünyanın yaranması və quruluşu haqqında fikirlərini "Təbiət haqqında" (yun. Περί φύσεως) adlı kitabında açıqlamışdır. Bu kitab yunanların ilk elmi kitabı hesab edilir. Ancaq günümüzə onun yalnız bəzi fraqmentləri gəlib çatmışdır.

Antik dövrün tarixçisi Apollodora göre 42-ci olimpiadanın 3-cü ilində- e.ə. 610-cu ildə Miletdə doğulmuç, 58-ci olimpiadanın 2-ci ilində- e.ə. 546-cı ildə 64 yaşında vəfat etmişdir.

Anaksimandr Milet məktəbinin qurucusu Falesin şagirdi idi.

Anaksimander də öz dönəminin ən bilikli adamlarımdan biri olmuşdur. O ilk dəfə "qanun" anlayışını cəmiyyətə deyil, həm də elmə və təbiətə aid etmişdir[5]. O, Yunanıstanda ilk dəfə olaraq günəş saatını kəşf etmiş, həm də günümüzə çatmayan dünya xəritəsini çəkmişdir.

Anaksimanderə görə yer kainatın mərkəzində yerləşir, silindr formasındadır və bir sütuna bənzəyir. Onu hər tərəfdən od bürüyür. Hər şey "apeyron" (yun. απειρον) adlanan ilk maddədən yaranmışdır[6]. O da özündə bütün varlığın əsaslarını birləşdirir. Bu baxımdan, kainat canlıya bənzər varlıqdır. O yaranır, yaşayır, sonra yenidən yaranmaq üçün məhv olur. Sonda isə hər şey yenidən "apeyrona" qayıdır.

Onun fikrincə həyat dənizdən başlamışdır[6]. Sonra təkamül nəticəsində bütün canlılar yaranmışdır. İlk olaraq sudan iynə dərili heyvanlar əmələ gəlmiş, sonra onlar lildən çıxaraq iynələrini itirmişdir. İnsan isə çox zəif olduğundan başqa cür yaranmışdır. O, öncə balıqların içində olmuş, sonra oradan çıxaraq müstəqil həyat sürməyə başlamışdır.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 33-34. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Асмус В. Ф. Античная философия. — М.: Высшая школа, 1998.
  • Каринский М. И. Бесконечное Анаксимандра. — СПб., 1890.
  • Couprie D. L., Hahn R., Naddaf G. Anaximander in Context: New Studies in the Origins of Greek Philosophy. — Albany: State University of New York Press, 2003.
  1. 1 2 Любкер Ф. Anaximander (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 86.
  2. 1 2 3 4 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 87. ISBN 978-2-221-06888-5
  3. 1 2 3 4 Анаксимандр (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. Iа. С. 692–693.
  4. 1 2 3 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  5. Park. D. The Grand Contraption: The World as Myth, Number, and Chance. Arxivləşdirilib 2016-06-11 at the Wayback Machine Independent Publisher Book Awards,2006, p. 15.
  6. 1 2 Асмус В. Ф. Античная философия Arxivləşdirilib 2021-05-16 at the Wayback Machine. М.: Высшая школа, 1976, c. 26.
П: "Fəlsəfə" portalı