az.wikipedia.org

Bistritsa — Vikipediya

Vikipediya, azad ensiklopediya

Bistritsa
Bistrița
Beszterce
Bistritz
Bayraq Gerb
Bayraq Gerb
47°08′ şm. e. 24°29′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 16 iyun 1264
Sahəsi
  • 145,47 ± 0,01 km²
Mərkəzin hündürlüyü 356 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 78.877 nəf. (1 dekabr 2021)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 420008–420198
Digər
primariabistrita.ro

Xəritəni göstər/gizlə

Bistritsa xəritədə

Bistritsa

Bistritsa

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bistritsa (rum. Bistrița) - Rumıniyanın şimalında şəhər. Bistritsa-Neseud judetinin inzibati mərkəzi. 2012-ci ilin məlumatına əsasən şəhərin 70 mindən çox əhalisi var.

Şərqi Karpatın dağarası çuxurunda, Bistritsa çayının (Someş hövzəsi) sahilindədir. 12 əsrdə Transilvaniyanın şimalında Macarıstan kralı II Geza tərəfindən salınmış, Almaniyadan gəlmələrlə məskunlaşmışdır. İlk dəfə şəhər kimi 1264-cü ildə qeyd olunur. 13 əsrdən Bistritsaya macarların axını güclənmişdir. 12411242-ci illərdə monqollar tərəfindən dağıdılmışdır. 1353-cü ildə macar kralı Böyük Layoş şəhərə yarmarka keçirmək hüququ vermişdir.

Orta əsrlərdə Bistritsa sənətkarlıq, həmçinin macar torpaqlarından Dunay knyazlıqlarına gedən yolda ticarət mərkəzi olmuşdur. 14651515-cü illərdə planlı şəkildə tikilən şəhər ikicərgəli qala divarı ilə əhatə olunmuşdur. Orta əsr yaşayış tikililərindən bir hissə, o cümlədən Gümüş ustasının eviPrixod evi saxlanılmışdır. Fransiskçilər monastırının pravoslav kilsəsi, barokko üslubunda katolik kilsəsi və rəssamlıq məktəbi var. Xalq yaradıcılığı və ənənələri mərkəzidir. Ağac emalı, mebel sənayesi müəssisələri fəaliyyət göstərir, süd məhsulları, şüşə məmulatlar, tikinti materialları istehsal olunur.