az.wikipedia.org

Kayseri ilçələrinin siyahısı — Vikipediya

  • ️Sat Mar 19 2022

Vikipediya, azad ensiklopediya

Kayseri ilçələrinin xəritəsi

Kayseridə ilk bələdiyyə təşkilatı 1869-cu ildə qurulmuşdur. İlk bələdiyyə başçısı şəhərin nüfuzlu sakinlərindən biri olan Mollaoğlu Mustafa Ağa olmuşdur. 14 dekabr 1988-ci il tarixli Rəsmi Qəzetdə dərc edilən və 3508 sayılı qanunla Kayseri Bələdiyyəsi Böyükşəhər Bələdiyyəsi statusunu əldə etdi və eyni qanunla Məlikqazi və Qocasinan adlı iki bələdiyyənin yaradılması qərara alındı.[1] Bu qanun 1 yanvar 1989-cu qüvvəyə minmiş və şəhər böyükşəhər statusunu qazanmışdır. 26 mart 1989 tarixində keçirilmiş seçki ilə Niyazi Bağçacıoğlu Böyükşəhər Bələdiyyə Başçısı seçildi.[2]

Kayseri Mərkəzi Anadolunun 3-cü, Türkiyənin ən böyük 14-cü şəhəri olma xüsusiyyətini daşıyır. Şəhərin təxminən 1,5 milyon əhalisi və cəmi 16 ən böyük məskunlaşma mərkəzi mövcuddur. Türkiyə Böyük Millət Məclisinin 30 mart 2013-cü Yerli Seçkilərdən sonra qəbul edilən və 15 aprel 2013-ci ildə Rəsmi Qəzetdə yayımlanan 6360 sayılı qanun ilə şəhərin 16 ilçəsi olduğu təsdiq edilmişdir. Böyük sahəsi olan Kayserinin ən böyük ilçələri Qocasinan, Məlikqazi, DəvəliTalasdır.[3]

1924-cü ildə Kayserinin qurulması ilə İncəsu[4], Dəvəli[5], 1926-cı ildə Pınarbaşı[6], 1946-cı ildə Sarız[7], 11 iyun 1946-cı il 5071 qanun ilə Yaşılhisar[8], 19 iyun 1953-ci il 7033 saylı qanun ilə Fəlahiyyə[9]Tomarza[10], 1954-cü ildə Yəhyalı[11], 1960-cı ildə Sarıoğlan[12], 19 iyun 1987-ci il 19507 saylı qanun ilə Ağqışla[13], 21 avqust 1987-ci il 3992 saylı qanun ilə Talas[14], 9 sentyabr 1988-ci il 6360 saylı qanun ilə Bünyan[15], 7 dekabr 1988-ci il 3508 saylı qanun ilə Qocasinan[16], 14 dekabr 1988-ci il 3508 saylı qanun ilə Kayserinin ən böyük ilçələrindən olan Məlikqazi[17], 9 may 1990-cı il 20523 saylı qanun ilə Özvətən[18], 16 may 1990-cu il 3647 saylı qanun ilə Hacılar[19] ilçə statusu qazanmışdır.

Kayseri ilçələrinin ümumi əhalisi, əhali sıxlığı, məhəllə sayı, gerbi, şəkli və yeri aşağıdakı cədvəldə verilmişdir:

Gerb İlçə adı Sahəsi
(km²)
Ümumi əhalisi
(2018)
Əhali sıxlığı
(nəfər/km²)
Məhəllə sayı Bələdiyyə başçısı Şəkil Xəritə
1 Ağqışla
(türk. Akkışla)
547 1.370 11,75 14 Ayhan Arslan
2 Bünyan
(türk. Bünyan)
1.370 31.497 22,91 31 Özkan Altun
3 Dəvəli
(türk. Develi)
1.906 65.322 34,27 36 Mehmet Cabbar
4 Fəlahiyyə
(türk. Felahiye)
413 6.602 15,98 15 Vural Coşqun
5 Hacılar
(türk. Hacılar)
195 12.426 63,72 12 Bilal Özdoğan
6 İncəsu
(türk. İncesu)
876 26,353 30,83 31 Mustafa İlmək
7 Qocasinan
(türk. Kocasinan)
1.697 391.661 230,79 52 Əhməd Çolaq
8 Məlikqazi
(türk. Melikgazi)
163 555.671 3.409 47 Mustafa Palancıoğlu
9 Özvətən
(türk. Melikgazi)
321 5.413 16,86 14 Halit Dəmir
10 Pınarbaşı
(türk. Pınarbaşı)
3.394 26.911 7.92 67 Mənduh Uzunoğlu
11 Sarıoğlan
(türk. Sarıoğlan)
618 16.938 27,42 16 Bəkir Ayyıldırım
12 Sarız
(türk. Sarız)
1.225 10.098 8,24 12 Baki Bayraq
13 Talas
(türk. Talas)
328 157.695 480,77 12 Mustafa Yalçın
14 Tomarza
(türk. Tomarza)
1.485 22.808 15,35 44 Davud Şahin
15 Yəhyalı
(türk. Yahyalı)
1.546 36.331 23,55 41 Əsad Öztürk
16 Yaşılhisar
(türk. Yeşilhisar)
986 17.525 17,77 14 Halit Taşyapan

Ümumi statistika

Gerb Vilayət Mərkəz Sahəsi
(km²)
Ümumi əhalisi
(2018)
Əhali sıxlığı
(nəfər/km²)
İlçə sayı Xəritə
1 Kayseri ili
(türk. Kayseri ili)
Kayseri 17.170 1.389.680 81,96 16
  1. "Tarihçe". Kayseri Büyükşehir Belediyesi (türk). 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  2. "Belediye Tarihçesi". Kayseri Büyükşehir Belediyesi (türk). 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  3. "Kayseri'nin ilçeleri". kayseriden.biz (türk). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  4. "İncesu İlçesi". www.kayseri.gov.tr (türk). 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  5. "Develi İlçesi". www.kayseri.gov.tr (türk). 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  6. "Pınarbaşı İlçesi". www.kayseri.gov.tr (türk). 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  7. "Sarız İlçesi". www.kayseri.gov.tr (türk). 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  8. "Yeşilhisar İlçesi". www.kayseri.gov.tr (türk). 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  9. "Felahiye İlçesi". www.kayseri.gov.tr (türk). 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  10. "Tomarza İlçesi". www.kayseri.gov.tr (türk). 2020-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  11. "Yahyalı İlçesi". www.kayseri.gov.tr (türk). 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  12. "Sarıoğlan İlçesi". www.kayseri.gov.tr (türk). 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  13. "Akkışla İlçesi". www.kayseri.gov.tr (türk). 2020-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  14. "Talas İlçesi". www.kayseri.gov.tr (türk). 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  15. "Bünyan İlçesi". www.kayseri.gov.tr (türk). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  16. "Kocasinan İlçesi". www.kayseri.gov.tr (türk). 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  17. "Melikgazi İlçesi". www.kayseri.gov.tr (türk). 2020-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  18. "Özvatan İlçesi". www.kayseri.gov.tr (türk). 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.
  19. "Hacılar İlçesi". www.kayseri.gov.tr (türk). 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2020.