president.az — Vikipediya
- ️Tue Jul 11 2017
Vikipediya, azad ensiklopediya
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (noyabr 2024) |
president.az | |
---|---|
![]() | |
URL | president.az |
Qeydiyyat | 1998 |
Dilləri | Azərbaycan, ingilis, rus |
Sahibi | Azərbaycan Respublikasının Prezidenti |
Açılma tarixi | 1998 |
![]() |
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır.
Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər,[1] 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir.[2]
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.
President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan,[3] Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.[4]
- ↑ "KİV nümayəndələrinin diqqətinə". 2017-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-30.
- ↑ "Prezidentə məktub yazmaq". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-30.
- ↑ Azərbaycan Prezidenti Arxivləşdirilib 2015-07-04 at the Wayback Machine — iTunes (mobil tətbiq)
- ↑ President of Azerbaijan Arxivləşdirilib 2013-09-22 at the Wayback Machine — Google Play (mobil tətbiq)
- president.az
- mektebli.president.az Arxivləşdirilib 2010-03-03 at the Wayback Machine