Vitali Borisov — Vikipediya
- ️Mon Jul 05 1982
Vitali Borisov | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Vitali Yuryeviç Borisov | |||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 5 iyul 1982 (42 yaş) | |||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | |||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
![]() ![]() |
|||||||||||||||||||||||||||||||||||||||
Boyu | 171 sm | |||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 65 kq | |||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
![]() |
Vitali Yuryeviç Borisov (rus. Виталий Юрьевич Борисов; 5 iyul 1982, Bakı) — Azərbaycan milli futzal komandasının baş məqçisi. O, oyunçu kimi karyerasında Azərbaycan milli minifutbol komandası[1] və Azərbaycan milli çimərlik futbolu komandasının[2] hücumçusu kimi çıxış etmişdir.[3]
Futbolçu karyerası
Klub
Vitali Borisov minifutbolçu karyerasının böyük hissəsini Azərbaycan minifutbol çempionatının dəfələrlə qalibi olmuş Araz-Naxçıvan MFK-nın heyətində keçirmişdir. Qısa bir müddət Rusiyanın ən titullu minifutbol klubu olan Dina MFK-nın heyətində də çıxış etmişdir.[4]. O, 2007-ci ilin dekabrında bu klubla yarım illik müqavilə imzalamış və icarə əsasında paytaxt klubunun formasını geyinmişdir[5].
2008-ci il fevralın 9-da Dina MFK-nın heyətində rəsmi oyunlarda ilk qoluna imza atmışdır. O, Rusiya milli minifutbol çempionatının XVI turunda Dinamo MFK-nın (Sankt-Peterburq) qapısına qol vurmuşdur və bu oyunda onun komandası 3:0 hesabı ilə qalib gəlmişdir[6].
2008-ci ilin aprelində Dina MFK-ya həsr olunan sənədli filmin çəkilişlərində iştirak etmişdir[7].
№ | Klub | Ölkə | Dövr |
---|---|---|---|
1 | Anqloyl MFK (Bakı) | ![]() |
01.01.2000–25.06.2000 |
2 | Tribut MFK (Bakı) | ![]() |
25.07.2000–25.06.2002 |
3 | Ədliyyə Bakı | ![]() |
05.01.2003–05.01.2004 |
4 | Araz-Naxçıvan MFK | ![]() |
20.01.2004–25.06.2004 |
5 | Asfarma MFK (Bakı) | ![]() |
15.08.2004–15.07.2005 |
6 | Araz-Naxçıvan MFK | ![]() |
25.07.2005–05.01.2008 |
7 | Dina MFK (Moskva) | ![]() |
10.01.2008–15.06.2009 |
8 | Araz-Naxçıvan MFK | ![]() |
25.07.2009 — h.h. |
Məşqçilik karyerası
2021-2022-ci illərdə "Neftçi" idman klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.[8]
5 iyun 2023-cü ildə Borisov "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi təyin olunub.[8] 16 iyunda isə o, həm də Azərbaycanın milli futzal komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.[9]
Nailiyyətləri
Klublarda
Çempionat
- 2000-ci il — Anqloyl MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının bürünc mükafatçısı.
- 2001-ci il — Tribut MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının gümüş mükafatçısı.
- 2002-ci il — Tribut MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının qalibi.
- 2004-cü il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının qalibi.
- 2005-ci il — Asfarma MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının bürünc mükafatçısı.
- 2006-cı il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının qalibi.
- 2007-ci il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının qalibi.
Kubok
- 2004-cü il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol kubokunun qalibi.
- 2006-cı il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol kubokunun qalibi.
- 2007-ci il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol kubokunun qalibi.[10].
Millidə

İstinadlar
- ↑ Национальная сборная команда Азербайджана по футзалу
- ↑ "Vitali Borisov çimərlik yığmasında". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19.
- ↑ Состав "Араза" обнародован
- ↑ "«Дина» представила трех новичков команды". 2008-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19.
- ↑ "Виталий Борисов представлен в качестве игрока «Дины»". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19.
- ↑ "Азербайджанец забил Динамо". 2008-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19.
- ↑ "Борисов снялся в фильме". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19.
- ↑ 1 2 "Vitali Borisov "Araz-Naxçıvan"ın baş məşqçisi oldu". Qafqazinfo (az.). 2023-06-05. İstifadə tarixi: 2024-10-03.
- ↑ "Vitali Borisovun Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatı təsdiqlənib". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-06-16. İstifadə tarixi: 2024-10-03.
- ↑ "Араз стал обладателем Кубка". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19.
Lüğətlər və ensiklopediyalar |
---|
![]() Azərbaycan milli futzal komandası 2014 UEFA Futzal Çempionatında | |
---|---|
|