Dieqo Armando Maradona — Vikisitat
Dieqo Armando Maradona | |
![]() | |
Doğum tarixi | 30 oktyabr 1960 |
Doğum yeri | Lanus |
Vəfat tarixi | 25 noyabr 2020 |
Vəfat yeri | Diqe-Luxan |
Dəfn yeri | Jardín Bella Vista |
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
- Ailəmin şərəfinə toxunulanda çox pis insana çevrilirəm – lap Ben Laden kimi.
- Allah ancaq özü-özünə kömək edənlərə kömək edir.
- Anam elə bilir, mən ən yaxşı futbolçuyam. Ona qarşı çıxmağı sevmirəm.
- Arvadıma heç vaxt xəyanət etməmişəm. Əgər belə bir şey olsaydı, bunu heç vaxt boynuma almazdım.
- "Avropa futbolu ölüb!"
iyun 2010, 50 yaşlı mütəxəssis Cənubi Afrika Respublikasında davam edən dünya çempionatının qrup oyunlarını şərh etdikdən sonra belə qənaətə gəlib.[1]
- Əgər qızlarımın sevgililəri onları bircə dəfə ağlatsa, başlarına bədbəxt hadisə gələcək.
- Futbol – stress yox, həzz və sevinc oyunudur. Stress – bütün ömrünü bir stol arxasında keçirənlərə məxsusdur.
- İnsanlar nə vaxt başa düşəcək ki, Maradona sevinc istehsal edən aparat deyil.
- Kobud zarafat – mənəvi qidamdır.
- Qızlarım üçün kumirəm, bu, mənə bəsdir.
- Mənim qanuni övladlarım – Dalma və Caninadır. Qalanları pullarımın və səhvlərimin nəticəsidir.
- Müalicə aldığım psixiatrik xəstəxanada biri özünü Napoleon hesab edirdi, başqası San Martin (Argentina azadlıq hərəkatının liderlərindən biri – “Esquire”). Heç kimi inandıra bilmirdim ki, Maradonayam.
- Narkotiki birinci dəfə dadanda başa düşürsən ki, tezliklə hər gün onunla mübarizə aparmalı olacaqsan. Çempionluq eyforiyasına qapılırsan. Sonra düşünürsən: nə fərqi var sabah nə olacaq, əsas odur, mən bu gün qalibəm.
- Narkotiklər məni həyatımın ən vacib anlarından məhrum etdi: qızımın böyüməsini görmədim. Özümü heç vaxt bağışlamayacağam.
- O əl, Tanrının əli idi.
(FİFA Dünya Kuboku 1986-da İngiltərəyə əllə vurduğu qoldan sonra)
- Oğrudan oğurluq edən bəraətə layiqdir.
- Pele, ya mən, “Hansımız daha yaxşıyıq?” mübahisəsi mənasızdır. Çünki ikimiz də “mən” deyəcək.
- Tanrı məni yaxşı oyunla mükafatlandırdı. Ona görə, meydançaya girəndə xaç çəkirəm. Elə bilirəm, belə etməsəm, o təəssüflənər.
- Yaxşı ki dünyada homoseksuallar var. Gözəl qadınlar bizə qalır.