Həyatın öhdəsindən gəlmək üçün bir inanca ya da dinə bağlanmaları lazım olduğunu düşünən insanlar məncə qorxaqlıq edirlər; eyni rəftarı başqa bir mövzuda göstərsələr bu alçaldıcı bir vəziyyət olardı. Lakin mövzu din olduqda bu heyranlıqla qarşılanır, amma mən hansı mövzuda olursa olsun qorxaqlığa heyranlıq duymuram. Bertran Rassel
“İnsan yeddi yaşında necədirsə, yetmişində də odur!” deyirlər. Ancaq yeddisində nədirsə, on yeddisində, iyirmi yeddisində o deyil. Məsələn, yeddisində qorxaq olana, on yeddisində bir cəsarət gəlir, qanı qaynayır. Amma qırxdan sonra damarlar qalınlaşdıqca əvvəlki qorxaqlıq yenə deşiyindən burnunu göstərir. Reşat Nuri Güntekin